20 C
Baku
Tuesday, October 8, 2024

ABŞ-da prezident və vitse-prezident seçkiləri başa çatıb

ABŞ-da prezident və vitse-prezident seçkiləri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 10:00-da) başa çatıb.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

CNN televiziya şirkətinin ilkin hesablamalarına görə, Bayden indiyədək 215, Tramp isə 165 seçici sayı toplayıb.

“Associated Press” agentliyinin verdiyi məlumata görə, demokrat Cozef Bayden 61 957 940 səs (49,8%), rəqibi respublikaçı Donald Tramp isə 60 461 523 səs (48,6%) toplayıb.

Liberal Co Corqensen 1 401 791 səs (1,1%), “yaşıllar” partiyasının təmsilçisi Houi Hokins 280 758 səs (0,2%), digər namizədlər isə ümumilikdə 313 663 səs (0,3%) toplayıblar.

Son xəbərlər
Digər xəbərlər