20 C
Baku
Sunday, October 6, 2024

ABŞ-da prezident və vitse-prezident seçkiləri keçirilir

Hal-hazırda ABŞ-da prezident və vitse-prezident seçkiləri keçirilir.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Dövlət başçısı postu uğrunda Amerika administrasiyasının hazırkı rəhbəri respublikaçı Donald Tramp və demokrat Cozef Bayden mübarizə aparır.

Qeyd edək ki, ABŞ prezident seçkilərində qalib gəlmək üçün namizəd seçki kollegiyasının 538 üzvündən 270 nəfərin dəstəyini qazanmalıdır. Kollegiya üzvlərinin sayı ümumi senator (100) və Nümayəndələr Palatası üzvlərinin (435) sayına bərabərdir.

Siyasi elmlər portalı “Real Clear Politics” hesab edir ki, Baydenin 232 və Trampın 125 səs toplamaq zəmanəti var. Yerdə qalan 181 səsin taleyi hələ müəyyənləşdirilməyib.

Son xəbərlər
Digər xəbərlər