Avqustun 23-də ABŞ-da təbii qazın birja qiyməti bir milyon Britaniya istilik vahidi üçün 10 dolları (MMBtu) və ya 1000 kubmetr üçün 357 dolları ötüb. Bunu Nyu-York Ticarət Birjasının (NYMEX) ticarət məlumatları sübut edir. 2008-ci ildən bəri ilk dəfə olaraq ABŞ-da qazın qiyməti bu həddə çatıb. Eyni zamanda, hazırda ölkədə qaz ehtiyatları bu müddət ərzində lazım olandan azdır ki, bu da amerikalılar üçün enerji böhranına çevrilə bilər.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Yerli istehsal 98.7 milyard kubmetrdən gündə 1 milyard kubmetr azalıb. Nəşrin qeyd etdiyi kimi, azalma davam edə bilər.
Qeyd edək ki, ABŞ-da qazın qiyməti Avropa və Asiya qiymətlərindən bir neçə dəfə fərqlənir, çünki istehlakçı üçün son dəyəri nəzərə almır. Onlara daşınma, qazlaşdırma, sığorta və satıcının gəlirliliyi xərcləri daxil deyil.
Daha əvvəl Avropada qazın qiymətinin rekord həddə – 2861 dollara çatması məlum olub. Bu, 1996-cı ildən, yəni Avropada qaz qovşaqlarının fəaliyyətə başlamasından bəri rekord göstəricidir.
Qazın qiymətinin artmasına səbəb “Qazprom”un növbəti texniki baxışla əlaqədar “Şimal axını” ilə nəqli üç gün müddətinə dayandırmaq planları olub. Bundan əvvəl Rusiya şirkəti Avropada qazın 4000 dollara qədər bahalaşa biləcəyini deyib.