ABŞ-da qiymət artımı 30 illik rekordu yeniləyib

Son 1 ildə ABŞ-da qiymətlər orta hesabla 6,8% artıb. Bu isə ölkədə illik inflyasiyanın 1982-ci ildən bəri rekord həddə çatmasıdır.

Milad bayramı ərəfəsində bayram alış-verişinə başlayan amerikalılar istehlak qiymətlərinin artdığından şikayətlənirlər.

Yerli media da ABŞ-da kəskin bahalaşmanın olduğundan yazır. Belə ki, məhsulların topdansatış qiymətlərinin orta hesabla 1,2%, xidmətlərin qiymətlərinin isə 0,7% artması pərakəndə satış qiymətlərinin də artmasına əsas səbəb olub. Xüsusilə bu ilin noyabr atında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə rekord həddə – 9,6% artıb.

O cümlədən oktyabrda 0,3% ucuzlaşan ərzaq noyabrda 1,2% bahalaşıb, oktyabrda 5,3% artan enerji qiymətlərində isə noyabrda da 2,6% artım müşahidə olunub. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablnanan baza inflyasiyası isə noyabrda 0,8%, son 1 ildə isə 9,5% təşkil edib.

“The Times” qəzeti iqtisadçı-ekspertlərə istinadən yazır ki, mövcud vəziyyətdən çıxış yolu ABŞ-ın Federal Rezers Sisteminin (FED) uçot dərəcəsini təxminən 3 dəfə artırması ola bilər və gələn il çox güman ki, buna gediləcək. Həmçinin qeyd olunur ki, kornavirusun (COVİD-19) yeni “Omikron” variantı təchizat zəncirinə mənfi təsir edərək istehsal müəssisələrinin bağlanmasına səbəb olarsa, yüksək inflyasiya uzun müddət davam edə bilər.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər