Amerikanın Aurae şirkətinin öz müştərilərinə təklif etdiyi proqrama əsasən, müştərilər ödəniş kartlarının dizaynını özləri sərbəst şəkildə yarada bilərlər. Bu debet kartları 14 və 18 karatlıq qızıldan hazırlanır və qiymətli daşlarla bəzədilir.
Şirkətin icraçı direktoru Christopher Scanlon-un verdiyi məlumata görə, plastik kartların üzərində müştərilərin arzusuna uyğun olaraq ailə gerbi, şirkətin loqotipi, avtoportret və yaxud hər hansı incəsənət nümunəsinin təsviri yer ala bilər.
Qeyd edək ki, kart MasterCard ödəniş sisteminə qoşulur.
Aurae – bank xidmətləri həyata keçirən Amerika şirkətidir. Belə kartları yalnızca şirkətin klubunun üzvləri əldə edə bilir. Bankın klubuna üzvlük haqqı 50 min dollar, illik yatırımın həcmi isə əlavə 5 min dollardır. Klubun hər bir üzvünə şəxsi menecer və dünyanın 115 ölkəsində keçirilən VIP tədbirlərə eksklüziv giriş nəzərdə tutulub.