8 C
Baku
Thursday, November 28, 2024

ABŞ-da rüşvət verməkdə ittiham olunan çinli milyarder Londonda həbs edildi

Çinli iş adamı Çjan Li Birləşmiş Ştatlarda rüşvət vermək ittihamı ilə Böyük Britaniyada həbs edilib. 
Bu barədə RBC Bloomberg-ə istinadən məlumat yayıb.
İş adamı müqavilələrin bağlanması üçün rüşvət verdiyinə görə ABŞ-da axtarışa verilmişdi. Sahibkar xüsusilə amerikalı məmur üçün ziyafət təşkil etməkdə və onun oteldə qalması üçün pul ödəməkdə ittiham olunub.
Çjan Li noyabrın 30-da saxlanılıb. Hakim onu rekord məbləğdə – 15 milyon funt-sterlinq (18,4 milyon dollar) girov müqabilində azadlığa buraxıb. İş adamı Londonda təhlükəsizlik və kameraların nəzarəti altında ev dustaqlığında olacaq. O, ABŞ-a ekstradisiya ilə bağlı dinləməni gözləyir.
69 yaşlı Çjan Li Çinin ən böyük əmlak inkişafı şirkətlərindən biri olan Guangzhou R&F Properties-in həmtəsisçisidir. Forbes onun sərvətini 2,2 milyard dollar qiymətləndirir.
Son xəbərlər
Digər xəbərlər