ABŞ-da sərnişin maska taxmadığına görə 10 min dollar cərimələndi

ABŞ-da sərnişin maska ​​taxmaqdan imtina etdiyinə görə yüksək məbləğdə cərimələnib.

“RİA Novosti” bildirir ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) bir sərnişini uçuş zamanı maska ​​taxmaqdan imtina etdiyi üçün 10.000 dollardan çox pul cəzası verib.

Belə ki, stüardessa yeddi dəfə uçuş zamanı sərnişinə maskanın üzündə olması lazım olduğunu xatırladıb, lakin o, hər dəfəsində maskanı taxmayıb.

Vəziyyətin sonunda sərnişin stüardessa ilə mübahisə edib, pozuntu protokolunu doldurmaqdan və pasport təqdim etməkdən imtina edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.