4 C
Baku
Friday, December 26, 2025

ABŞ-da saxlanılan azərbaycanlılar $4,5 mln. fırıldaqçılığı etiraf etdilər

ABŞ-da saxlanılan və $4,5 milyon həcmində fırıldaqçılıqda ittiham olunan MDB-dən olan şəxslər əməllərini etiraf ediblər.

“RİA Novosti” agentliyinə istinadən, bununla bağlı Rusiyanın Nyu-Yorkdakı baş konsulluğu məlumat yayıb.

“Bir neçə gün əvvəl bütün şübhəlilər Nyu-York həbsxanasına köçürülüb və hakim qarşısına çıxarılıb. Onlar əməllərini etiraf ediblər”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ABŞ tərəfi ittiham olunan şəxsləri vəkillərlə təmin ediblər.

İşlə bağlı növbəti dinləmələr sentyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub.

Aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub.

Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Name Age Nationality Residence
ASHIROVA 27 Kazakhstan Brooklyn
ELIOZASHVILI 44 Georgia Brooklyn
IMAMVERDIYEV 30 Azerbaijan Brooklyn
INADZE 37 Georgia Brooklyn
JALOLOVA 23 Kazakhstan Brooklyn
JAVAZADE 30 Azerbaijan Brooklyn
LEVINSKI 23 United States Brooklyn
KHUKIASHVILI 63 Georgia Brooklyn
KHUDAIBERGENOVA 48 Kazakhstan Brooklyn
KALINITCHEV 62 Ukraine Brooklyn
MEHDIYEVA 23 Azerbaijan Brooklyn
NAZINA 29 Ukraine Brooklyn
PAPOSHVILI 43 Georgia Brooklyn
SEPIASHVILI 64 Georgia Brooklyn
STASOVSKIY 58 Russia Brooklyn
YAZICI 36 Turkey Brooklyn
PUKE 31 Latvia Delray Beach, FL
VITOLS 29 Latvia Delray Beach, FL
DEDUSEV 29 Russia Los Angeles
LISITSKIY 30 Russia Los Angeles
LIVADNYI 39 Russia Los Angeles
TUPIKIN 32 Russia Los Angeles
MOROZOV 29 Russia Moscow
STARIKOV 34 Russia Moscow
MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər