ABŞ-da şist neft hasil edən böyük şirkət iflas oldu

Şist neftin istehsalında ixtisaslaşan ABŞ-ın “Whiting Petroleum” şirkəti enerji qiymətlərinin aşağı düşməsi fonunda çərşənbə günü iflas prosedurlarının başlandığını elan edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Qeyd olunub ki, şirkət “kapitalın restrukturizasiyası” prosesinə başlamaq niyyətindədir:

“Şirkətin hesabı 585 milyon ABŞ dollarından çoxdur və təchizatçılar, tərəfdaşlar və işçilər üçün normal fəaliyyətini davam etdirəcək. “Whiting Petroleum”un borcu isə təxminən 2,2 milyard ABŞ dollarıdır” – deyə, məlumatda qeyd olunub.

İflasın elan edilməsindən sonra şirkətin səhmləri təxminən 45% azalaraq hər hissəyə 0,39 ABŞ dollarına düşüb. 

Nəşr qeyd edir ki, bu sahədə işləyən bir çox Amerika şirkətlərinin böyük borcları yaranıb. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları