ABŞ-da son 40 ilin ən güclü zəlzələsi qeydə alınıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Nyu-Yorkun Buffalo şəhərində 3.8 bal gücündə zəlzələ baş verib. Onun şəhərdən 32 km aralıda yerləşən Niaqara şəlaləsi yaxınlığında hiss olunduğu qeyd edilir. Ölən və yaralananlar barədə məlumat verilmir.
Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında silsilə zəlzələlər baş verib. Yeraltı təkanlar 7.6-7.8 bal gücündə qiymətləndirilir. “Anadolu” agentliyinin vitse-prezidenti Fuat Oktaya istinadən verdiyi məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 3381 nəfərə çatıb, qurbanların sayı isə 20426 nəfərdən çox olub.