10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-da son qarşıdurmadan sonra üçüncü nazir istefaya gedib

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Çed Vulf istefaya getmək qərarı haqqında bildirib.

Bu barədə “NBC News” telekanalı bildirir.

KİV-in məlumatına görə, Çed Vulf müvafiq məktubunu həmkarlarına göndərib. Qeyd edilir ki, nazir əvəzedicisi vəzifəsini tərk etmək niyyətindədir.

Telekanal əlavə edib ki, Vulf ötən həftə baş vermiş hadisələrdən sonra öz vəzifəsini tərk edəcək üçüncü nazir olacaq. Daha əvvəl Təhsil naziri Betsi Devos və Nəqliyyat naziri Eleyn Çao istefaya getdiklərini elan ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər