27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-da Sülh Nazirliyinin yaradılması təklif edilib

ABŞ-da 2020-ci il prezident seçkilərində demokratlardan prezidentliyə namizədliyini irəli sürmək istəyən yazıçı Marianna Uilyamson ölkədə yeni nazirliyin – Sülh Nazirliyinin yaradılmasını təklif edib.

“TASS”a istinadən, yazıçının “The Washington Post” nəşrində dərc olunan siyasi məqaləsində deyilir ki, nazirlik Amerika cəmiyyətində köklənmiş zorakılıq mədəniyyəti problemini həll etməlidir.

“Təklif edirəm ki, ABŞ-ın Sülh Nazirliyi münaqişələrin həllinə, ədalətin həyata keçirilməsinə, zorakılığın qarşısını almağa, yaşanan travmaların sağalmasına kömək edən bir təhsil sistemi yaratmağa yönəlmiş fəaliyyətləri əlaqələndirsin və nəzarətə götürsün”.

Siyasətçinin planına görə, yeni qurum bu məqsədlər üçün minlərlə sülhməramlı yetişdirməlidir.

“Ölkəmizdə və xaricdə sülh mədəniyyətini tanıtmaq üçün hər cür səy göstərəcəyik” deyə o bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər