Amerika Maliyyə Sabitliyinə Nəzarət Şurası ölkənin maliyyə sistemi üçün potensial risklər siyahısına süni intellekti (AI) əlavə edib.
Bu barədə qurum tərəfindən yayılan yazılı bəyanatda deyilir. “Şura ilk dəfə olaraq maliyyə xidmətləri sektorunda süni intellektin istifadəsini maliyyə sisteminə qarşı zəiflik kimi tanıyıb. Süni intellektin istifadəsi müəyyən risklər, o cümlədən təhlükəsizlik riskləri yarada bilər”, – sənəddə qeyd olunub.
ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, süni intellektin sürətlə mənimsənilməsi texnologiyaya düzgün nəzarət edilmədiyi təqdirdə ABŞ maliyyə sistemi üçün yeni risklər yarada bilər.
“Şura sistem risklərinə nəzarət edir və riskli təcrübələri və maliyyə məhsullarını qadağan etmək səlahiyyətinə malikdir”.