16 C
Baku
Friday, May 2, 2025

ABŞ-da sürücüsüz traktor təqdim edilib

Dünyada kənd təsərrüfatı avadanlığının ən böyük istehsalçısı olan ABŞ-ın “Deere Co.” şirkəti tam əlahiddə idarə olunan traktoru təqdim edib.

Belə ki, Las-Veqas şəhərində keçirilən “CES 2022” adlı beynəlxalq sərgi əsnasında təqdim edilən yeni traktor 8R seriyasına əsasən yaradılıb. Sürücüsüz traktorları cari ildə bazara çıxarmaq nəzərdə tutulur.

İndiyədək ayrı-ayrı kənd bitkilərinin becərilməsində sürücüsüz daha kiçik traktorlar istifadə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər