28 C
Baku
Tuesday, April 30, 2024

ABŞ-da təbii qazın qiyməti son 30 ilin ən aşağı səviyyəsinə düşüb

İsti qış və qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb. Bu barədə “Financial Times” məlumat yayıb.

Qəzet qeyd edir ki, ABŞ-da evlərin qızdırılması üçün enerji istehlakının daha yüksək olduğu bu qış temperatur rekordların başladığı 1950-ci ildən bəri ən yüksək səviyyəyə yaxındır. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında rekord həddə – 105 milyard kubmetrə çatıb. Nəşr yazır ki, bu amillər təbii qazın qiymətlərinin sərbəst eniş vəziyyətinə düşməsinə səbəb olub – təkcə 2024-cü il yanvarın ortalarından etibarən onlar 50% ucuzlaşıb.

Məqalədə qeyd edildiyi kimi, fevralın 16-da ABŞ-da “Henry Hub”da mart ayı müqavilələri üçün qazın qiyməti 1.61 dollar səviyyəsində müəyyən edilib. Fevralın 15-də daha aşağı olub – 1 milyon BTU üçün 1.58 dollar.

“Bu, sadəcə dəlilikdir, çox qeyri-adi bir şey baş verir. Faktiki olaraq qiymət tələb gözləntiləri fonunda aşağı düşüb”, – deyə “Commodity Weather Group” şirkətinin nümayəndəsi Mett Rocers bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər