ABŞ-ın ticarət kəsiri (defisit, yaxud mənfi ticarət saldosu) aprel ayında idxalın azalması ilə kəskin şəkildə daralıb və bu da ticarətin son iki ildə ilk dəfə ilin ikinci rübündə iqtisadi artıma töhfə verə biləcəyi gözlənilir.
Banker.az xəbər verir ki, ABŞ-ın İqtisadi Analitika Bürosunun açıqlamasında görə, ABŞ-ın xariclə ticarət balansındakı defisit 87.1 milyard ABŞ dolları təşkil edib. Bu da öncəki ayla müqayisədə 19.1% azalma deməkdir.
Mart ayında ABŞ-ın ticarət balansında 107.7 mlrd. ABŞ dolları həcmində defisit qeydə alınmaqla tarixi maksimuma çatmışdı.
Ölkənin əmtəə və xidmətlərin idxalı 3.4% azalaraq 339.7 milyard dollar, ixrac isə 3.5% artaraq 252.6 milyard dollar olub.
Rekord ticarət kəsiri birinci rübdə ümumi daxili məhsuldan 3.23 faiz bəndi azaldı və nəticədə dördüncü rübdə güclü 6.9 faiz sürətlə böyüdükdən sonra ÜDM illik 1.5 faiz azalıb.
Qeyd edək ki, ABŞ-da ticarət saldosu 1970-ci illərdən bu tərəfə mənfi zonada qərarlaşıb və həmin tarixdən bu tərəfə belə davam edir.