9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

ABŞ-da Trampın maliyyə fəaliyyəti araşdırılır

Manhettenin dairə prokuroru Sayrus Vens ABŞ prezidenti Donald Trampın maliyyə fəaliyyətinin kriminal araşdırmasını aparır.

Bu barədə “NBC News” telekanalı bildirib.

Məlumata görə, “Trump Organization” artıq “sığorta və bank dələduzluğu” ittihamı üzrə istintaq altındadır.

Daha əvvəl böyük münsiflər heyəti bu təşkilatın maliyyə sənədlərini tələb edib. Ancaq vəkillər bildiriblər ki, bu iddia ABŞ liderinin siyasi motivli təqibi kimi rədd edilməlidir.

Bu halda Vens müdafiəçilərlə razılaşmayıb. O, məhkəmədən Trampın vəkillərinin tələbini rədd etməyə tələb edib. Prokuror “Trump Organization”da geniş və uzunmüddətli kriminal fəaliyyət haqqında ictimai xəbərlərə” istinad edib.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər