ABŞ-da qida tullantılarından pizza hazırlamağı planlaşdıran bir startap yaradılıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xeyri-adi pizzacı 2021-ci ilin yazında açılmalıdır.
San-Fransiskoda aşpazlar Devid Mörfi və Kayla Eyb normalda zibil qutusuna düşəcək yeməklərdən pizza hazırlayacaqlar. Bu konsepsiyaya “Shuggie’s” adı qoyulub.
İdeyanın müəllifləri hesab edirlər ki, pizzanın qida tullantılarından bişirilməsi fermerlərə kömək etməklə yanaşı, iqlim dəyişikliyi prosesini ləngidəcək. Aşpazlar pizzaların dadlı və çox ucuz olacağını vəd ediblər.
Qeyd edək ki, hazırda Mörfi və Eyb qida tullantılarından və tərəvəz hissələrindən turşu və pasta hazırlamaq üçün istifadə edirlər.