ABŞ-ın 5 müşahidə-nəzarət orqanı amerikan banklarının narazılıqlarına cavab olaraq Volker qaydasını (Volcker rule) işə saldıqlarını təsdiq etdilər. Bu qaydaya görə bankların icazə verdiyi ticarət əməliyyatları məhdudlaşdırılır. Yeniliyin məqsədi ölkənin maliyyə sistemini, yatırımcıları və qlobal iqtisadiyyatı bütünlükdə sığortalamaqdır. Lakin banklar qəti olaraq bu qaydaların əleyhinədir və onlar haqqında etiraz əlaməti olaraq məhkəmə iddiaları qaldırmağa hazırdırlar.
Qəbul edilmiş Volker qaydasına əsasən, banklara ticarət əməliyyatlarında iştirak etmək qadağan edilir. Hedge fondlara və özəl kapital fondlara da sahib olmaq olmaz. Müəyyən edilmiş emitentin qiymətli kağızlar üzrə alınıb-satılması təşkilatı və bu cür əməliyyatların həyata keçirilməsi məhdudlaşdırılır.
Volker qaydası FES-nin keçmiş rəhbəri Pol Volkerin adı ilə belə adlandırılmışdır. Onun fikrincə maliyyə təşkilatlarının ticari fəallığının artması 2008-ci ildə böhranın baş vermə səbəblərindən biri idi. Məhz buna görə hökumət bankları sərt şəkildə idarə etməlidir.
Volker qaydası bankları özlərinin fəaliyyətinin ən gəlirli seqmentindən məhrum edir. Verilən məlumatlara görə, 8 nəhəng kredit təşkilatı ümumilikdə vergi öncəsi 10 milyard dollardan məhrum olacaq. Məhz buna görə də şirkətlər onun tətbiq edilməsindən narazı olmaqla yanaşı, yorulmadan onun mənfi cəhətlərini izah edir və paralel olaraq yeni qaydaların əleyhinə məhkəmə iddiaları hazırlayırlar.
Buna baxmayarq tənzimləyicilər öz dediklərinin üstündə durdular. Volker qaydası yeni ildən etibarən öz fəaliyyətinə başlayacaq. Banklar isə 2015-ci ilin 21 iyunundan başlayaraq yeni tələbləri bütünlüklə yerinə yetirməli olacaqlar.