ABŞ-da “Volkswagen”in 1 aprel tarixli “rebrendinqi” ilə bağlı istintaq başlayıb

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) “Volkswagen”in 1 aprel tarixli “rebrendinqi” ilə bağlı istintaq prosesinə başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, bu “zarafat” şirkətin bazar kapitallaşmasını milyardlarla dollar artırıb.

Tənzimləyici avtomobil istehsalçısının bu hərəkətinin qanuna zidd olub-olmadığını yoxlamaq istəyir. 2021-ci ilin mart ayının sonunda avtokonsernin yalançı “rebrendinqi” nəticəsində şirkətin səhmləri 12.5% bahalaşıb. Daha sonra “Volkswagen” press-relizinin aprel zarafatı olduğunu etiraf edib.

2017-ci ilin yanvar ayında “Volkswagen”in altı rəhbəri və işçisi emissiya sınağı aparmaq üçün qaçaqmalçılıqda günahkar biliniblər. Şirkət 4.3 milyard dollar cərimə ödəməli olub.

2019-cu ilin aprelində SEC İlon Maska qarşı istintaqı başa çatdırıb. Tənzimləyicinin fikrincə, Mask “tvitləri” ilə “Tesla”nın səhmlərinə təsir göstərir. Komissiya ilə bağlanan razılaşmadan sonra Mask hüquqşünasının xəbəri olmadan sosial şəbəkələrdə şirkəti haqqında heç bir məlumat paylaşa bilmir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.