5 C
Baku
Saturday, December 14, 2024

ABŞ-da yanacaq ehtiyatlarının artması xəbəri ilə neft düşür

ABŞ-ın yanacaq anbarlarında ehtiyatların artması xəbəri ilə xam neftin qiyməti ucuzlaşır.

Banker.az Bakı vaxtı ilə 08:37 radələrinə olan məlumata istinad edir ki, Brent neftinin qiyməti Londonun ICE birjasında 52 sent (0.7%) ucuzlaşmaqla 74.24 dollar/barrelə düşüb.

WTI xam neftini Nyu-Yorkun Nymex birjasındakı qiyməti son sutkada 59 sent, yaxud (0.81%) ucuzlaşmaqla 72.54 dollar/barrelə düşmüşdür.

İqtisadi aktivliyin bərpası ilə Çin və ABŞ-da yanacağa olan tələbi artırıb. Bu isə il ərzində neftin qiymətlərinin 50% artmasına səbəb olub.

ABŞ hökumətinin son açıqlamasında benzin yanacağl ehtiyatının artırmasına dair göstəricilər açıqlanmışdı.

Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri OPEC-lə neft hasilatının baza səviyyəsinin gələn ilin may ayından etibarən gündəlik 3.65 milyon barelə qədər artırılması barədə kompromis əldə edib.

 

Son xəbərlər
Digər xəbərlər