14 C
Baku
Friday, May 17, 2024

ABŞ-da yeni qlobal iqtisadi böhran baş verə bilər

S&P Global Ratings agentliyi ABŞ-ın dövlət borcu ətrafında yaşanan vəziyyət və narahatlıqlar fonunda xəbərdarlıq edir ki, konqresmənlər tez bir zamanda dövlət borcu üçün yuxarı həddin artırılması ilə bağlı razılığa gəlməsələr, bunun nəticələri ABŞ və bütün dünya üçün geniş miqyaslı olacaq. Bu nəticələr isə 2008-ci ildə dünya maliyyə böhranına son keçid olan Lehman Brothers müflisliyindən daha pis olacaq.

S&P Global Ratings-in baş iqtisadçısı Bet Enn Bovino iddia edir ki, limit artırılmadığı təqdirdə nəticələr 2008-ci ildə Lehman Brothers müflisliyindən daha dəhşətli xarakter alacaq.

CNBC nəşri qeyd edir ki, hazırda ABŞ-da çox az sayda ekspert Konqresin gec və yaxud tez bir zamanda dövlət borcu limitinin artırılması barədə müsbət qərar qəbul edəcəyindən şübhə edir.

Lakin əgər bu baş verməzsə, ABŞ hökumətinin işi dayandırılacaq, Vaşinqtonu defolt gözləyəcək, Amerika iqtisadiyyatı isə hər həftə təqribən 6,5 milyard dollar itirəcək ki, bu da ölkəni resessiya təhlükəsi ilə üz-üzə qoyur.

Dövlət borcu limitinin yüksəldilməsi ilə bağlı problemlər ölkə prezidenti Donald Trump ilə Konqres arasında Meksika ilə sərhəddə mübahisəli divarın inşa edilməsinin maliyyələşdirilməsi məsələsi üzrə yaranan mübahisələrdən sonra kəskinləşib. Trump bu zaman hədə ilə çıxış edərək bildirmişdi ki, Konqres divarın inşası üçün lazımi vəsaitlərin verilməsini təmin etdiyi halda, o dövlət borcu ilə bağlı məsələni sona çatdıracaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər