-1 C
Baku
Saturday, December 14, 2024

ABŞ daha 11 şirkətə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi 2 Rusiya firması da daxil olmaqla 11 şirkətə sanksiya tətbiq edib.

Bu barədə Federal Reyestrdə yerləşdirilən bildirişdə deyilir.

ABŞ Ticarət Nazirliyinin strukturuna daxil olan Sənaye və Təhlükəsizlik Bürosu qara siyahıya Myanmar, Çin, Nikaraqua və Rusiyadan 11 şirkəti daxil edib. Onların arasında Rusiyanın “Aviatex” və “Aviazapçast” firmaları da var.

Departamentin məlumatına görə, bu strukturlar “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olan hərəkətlərdə” iştirak edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər