7 C
Baku
Thursday, December 12, 2024

ABŞ daha 8 Çin şirkətini qara siyahıya əlavə edir

ABŞ-ın Maliyyə Nazirliyi Sincan-Uyğur bölgəsində uyğurlara nəzarət etməkdə ittiham olunan daha səkkiz Çin şirkətini qara siyahıya əlavə edir.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” məlumat verib. Bildirilir ki, məhdudiyyətlərə məruz qalan şirkətlərdən biri də dünyanın ən böyük dron istehsalçısı “DJI Technology”dir.

Siyahı cümə axşamı, dekabrın 16-da yenilənəcək. Hazırda orada 60-a yaxın Çin şirkəti yer alır. Qara siyahıya düşmək o deməkdir ki, bu şirkətlər amerikalı investorlardan maliyyə ala bilməyəcək.

Qara siyahıya “DJI Technology” ilə yanaşı, təsvirin tanınması üçün proqram təminatının yaradıcısı “Megvii”, superkompüterlər istehsalçısı “Dawning Information Industry”, üz tanıma sisteminin yaradıcısı “CloudWalk Technology”, kibertəhlükəsizlik sahəsində çalışan “Xiamen Meiya Pico”, süni intellekt texnologiyaları şirkəti “Yitu Technology”, eləcə də bulud hesablamaları ilə işləyən “Leon Technology” və “NetPosa Technologies” daxil ediləcək.

Son xəbərlər
Digər xəbərlər