12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-dakı kiçik müəssisələrin 43%-i koronavirus səbəbindən bağlanmaq təhlükəsi altındadır

ABŞ-dakı kiçik müəssisələrin 43%-i təcili maliyyə dəstəyi olmadığı təqdirdə altı ay müddətinə bağlanmaq təhlükəsi altındadır.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, ölkədəki kiçik müəssisələrin 24-i artıq bağlanıb. Şirkətlərin 46%-i yaxın iki həftə ərzində müvəqqəti olaraq bağlanmalı olacaqlarını bildirib.

Ümumilikdə mart ayında ABŞ 701 min iş yerini itirib. İşsizlik səviyyəsi 3,5%-dan 4,4%-a qədər yüksəlib. İşsiz insanların sayının artması gözlənilir, çünki iqtisadiyyatın böyük hissəsi hələ də bağlıdır.

Xatırladaq ki, mart ayının sonunda ABŞ prezidenti Donald Tramp, iqtisadiyyata dəstək haqqında qanun imzalamışdır. Bu qanun layihəsi çərçivəsində kiçik biznesə 350 milyard dollar vəsait ayrılıb.

Son xəbərlər
Digər xəbərlər