Prezidentliyə namizədlərin seçki kampaniyalarına xərclədikləri pulun məbləği bəlli olub.
Ötən ayın əvvəlində yekunlaşan və dünyada geniş hay-küyə səbəb olan ABŞ-dakı prezident seçkiləri ilə bağlı gizlin qalan məlumatlar üzə çıxıb. Sputnik Skynews.com-a istinadən, prezidentliyə namizədlər — respublikaçı Donald Tramp və demokrat Hillari Klintonun seçki kampaniyasına xərclədikləri pulların məbləğini əldə edib.
Belə ki, yeni seçilən prezident Donald Tramp kampaniya müddətində 322 milyon dollar, Demokrat partiyadan olan namizəd Hillari Klinton isə 565 milyon dollar pul xərcləyib.