ABŞ-dakı “shutdown”nun zərbəsi kimə dəyəcək?

Ekspertlər hesab edirlər ki, əgər hökumət təşkilatlarının işinin dayandırılması 10 gündən çox davam edərsə, kütləvi işdən çıxarma başlayacaq.

Banker.az bildirir ki, ABŞ Konqresi, ABŞ və Meksika arasındakı sərhəddə divarın qurulması üçün maliyyələşdirməni təsdiqləmədiyi halda, Donald Trump hökumətin fəaliyyətini  dayandıracağını bildirib. Əvvəl vurğulandığı kimi, “Ağ Ev” in başçısı bu məsələ öz həllini tapmamış heç bir sənəd imzalamayacağını söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi, maliyyə və nəqliyyat təşkilatları kimi müəssisələrin və təşkilatların maliyyələşdirilməsi üçün yeddi qanun layihəsi qəbul edilməlidir. Əks təqdirdə, ətraf mühitin təhlükəsizliyinin yoxlanılması və şəhər inkişafı ilə məşğul olan şirkətlərin, eyni zamanda elmi qurumların haqqı ödənilmiyəcəkdir.

Xidmətlərin bir çoxu göstəriləcəkdir, lakin milli parklar bağlana, təhlükəsizlik yoxlamaları (məsələn, təhlükəli tullantılar və içməli sular üçün) isə dayandırıla bilər. Belə halda IRS vergilərə və geri ödəmələrə nəzarət edə bilməyəcək”,-federal büdcə Komitəsinin siyasi direktoru və vitse-prezidenti olan Mark Holdveyn bildirib.

Ekspertlər hesab edirlər ki, hökumət fəaliyyətini yalnız bir neçə günə dayandırdığı halda heç bir şey dəyişməz. Lakin, bu proses daha uzun çəkərsə fəsadlar ciddi ola bilər.

Federal büdcə üzrə Komitənin verdiyi məlumata görə, 1980-cı illərdən başlayaraq ABŞ tarixində üç dəfə “həqiqi” durğunluq yaranıb. Onlardan biri 2013-cü ildə, digər iksi isə 1995-1996-cı ildə baş vermişdir.

Son xəbərlər
Digər xəbərlər