17 C
Baku
Friday, October 18, 2024

ABŞ-dan Əfqanıstanla bağlı kritik qərar

ABŞ prezidenti Co Bayden Konqresə Əfqanıstanın “NATO üzvü olmayan mühüm müttəfiq” statusundan çıxarılacağı barədə məlumat verib. Bayden qərarını ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə yazdığı məktubda açıqlayıb.

Banker.az xarici mediaya istinadən xəbər verir ki, Bayden məktubunda “1961-ci il Xarici Yardım Aktının 517-ci maddəsinə uyğun olaraq Əfqanıstanı NATO üzvü olmayan mühüm müttəfiq statusundan çıxarmaq niyyətimi bununla sizə bildirirəm” ifadəsini işlədib.

Əfqanıstan ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən 2012-ci ildə “NATO üzvü olmayan mühüm müttəfiq” kimi tanınıb.

Qeyd edək ki, ABŞ-ın bu günə qədər “NATO üzvü olmayan mühüm müttəfiq” kimi tanıdığı 20 ölkə var. 1987-ci ildə ölkədə ölkədə ilk dəfə qəbul edilən qanunla o zamankı ABŞ prezidenti Ronald Reyqan Avstraliya, Misir, İsrail, Yaponiya və Cənubi Koreyanı bu kateqoriyaya daxil edib. Körfəz regionundan Bəhreyn və Küveyti ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən bu kateqoriyaya daxil edilib. Nəhayət, ABŞ prezidenti Bayden Qətər və Kolumbiyanı bu kateqoriyaya daxil edib.

Son xəbərlər
Digər xəbərlər