13 C
Baku
Saturday, November 23, 2024

ABŞ-dan Azərbaycandakı əhaliyə pul köçürmələr kəskin azalıb

Amerika Birləşmiş Ştatlarından Azərbaycan əhalisinə pul köçürmələrinin həcmi kəskin düşüb.

Banker.az Azərbaycan Mərkəzi Bankının bülleteninə istinadən xəbər verir ki, 2022-ci ilin ilk doqquz ayında ABŞ-dən Azərbaycan $137.52 milyon pul köçürüldüyü halda, cari ildə bu rəqəm $57.04 milyona düşüb.

Bu da illik müqayisədə $80.48 milyon dollar və ya 59% azalmadır.

Qeyd edək ki, ilin müvafiq dövründə Azərbaycanadakı əhaliyə xaricdən köçürülmüş pul baratlarının həcmi  $1,280.75 milyon olub.

Azalma əks istiqamətdə də azalıb. Belə ki, Azərbaycandan ABŞ-dəki fiziki şəxslərə pul köçürmələr illik müqayisədə $80.02 milyon və ya 66% azalaraq $40.83 milyona düşüb.

Son xəbərlər
Digər xəbərlər