ABŞ-dan İrana güzəştə

Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını anti-İran sanksiyalarının siyahısından çıxardıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi”, – deyə idarə nümayəndəsi izah edib.

Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər