22 C
Baku
Friday, April 19, 2024

ABŞ-dan neftin qiymətinə proqnoz: ucuzlaşacaq

Birləşmiş Ştatların (ABŞ) Energetika Nazirliyinin proqnozuna əsasən qısamüddətli dövrdə neftin qiymətinin ucuzlaşması gözlənilir.

RİA “Novosti”nın məlumatına görə, nazirliyin saytında dərc edilmiş xəbərdə qeyd edilir ki, ilin sonuna kimi “Brent” markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacaq.

Qeyd edilir ki, buna baxmayaraq növbəti ilin ikinci rübündə neftin qiyməti 57 dollara qədər ucuzlaşacaq. Nazirlik belə dəyişikliklərin səbəbini neftin dünya ehtiyatlarının artımı ilə izah edib.

İdarənin proqnozunda həmçinin göstərilir ki, qiymətlərin düşməsi gələcəkdə neftin bir barelinin qiymətinin 62 dollara qədər artımı ilə əvəzlənəcək. 2020-ci ildə orta proqnozlaşdırılan qiymət təxminən 60 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər