5 C
Baku
Friday, March 29, 2024

ABŞ-dan sonra Honkonq da baza dərəcəsini azaldıb

ABŞ Federal Ehtiyat Sistemindən (FES) sonra Honkonqun monetar tənzimləyicisi də baza dərəcəsini 25 baza bənd azaldaraq 2,25%-ə endirib.

Report agentliyi  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.

Məlumatda bildirilib ki, qərar dərhal qüvvəyə minib.

Həmçinin baza dərəcəsinin aşağı salınmasının ABŞ FES-nin sentyabrın 18-də faiz dərəcəsini 25 baza bəndi səviyyəsində endirməsi ilə şərtləndiyi qeyd olunub.

Xatırladaq ki, FES çərşənbə günü uçot dərəcəsini illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.  

Son xəbərlər
Digər xəbərlər