10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-dan Türkiyə səfirinə “yox” cavabı verildi

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb.

Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”-deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

Boltonla Kılıç arasında danışıqların nəticəsiz başa çatdığı bildirilir.

Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında münasibətlərin kəskinləşməsində sonra türk lirəsi sürətlə ucuzlaşaraq tarixi rekorda imza atıb.

– Modern.az

Son xəbərlər
Digər xəbərlər