9 C
Baku
Wednesday, November 13, 2024

ABŞ-dan Ukraynaya 1 milyardlıq dəstək

ABŞ Ukraynaya 1 milyard dollar kredit ayıracaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı razılığa gəlinib.

Yaxın müddət ərzində Ukraynaya 1 milyard dollar həcmində kreditin ayrılmasına dair ikitərəfli saziş imzalanacaq. Söhbət zamanı P.Poroşenko Ukraynada işgüzar mühitin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsinə yönələn tədbirlərdən bəhs edib.

Ukrayna prezidenti həyata keçirilən islahatların ABŞ, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq tərəfdaşlara ölkəsinə daha fəal dəstək göstərməyə imkan yaradacağına ümid etdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər