24 C
Baku
Cümə, Sentyabr 17, 2021

ABŞ digər ölkələrə 60 milyon doza “AstraZeneca” peyvəndi bağışlayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ digər ölkələrə 60 milyon doza “AstraZeneca” peyvəndi bağışlayacaq.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, preparat Amerika tənzimləyicisindən təsdiq ala bilməyib. Yerli hakimiyyət orqanları ölkədə “Pfizer”, “Moderna” və “J&J” peyvəndlərinin çatışmadığını qeyd edirlər.

Bildirilir ki, digər ölkələrə 60 milyon doza “AstraZeneca” peyvəndi bağışlamaq xəbəri Ağ Evin baş məsləhətçisi olan Endi Slavitt öz “Twitter” hesabında qeyd edib.

“ABŞ digər ölkələrə 60 milyon doza “AstraZeneca” peyvəndi bağışlayacaq”, – deyə mütəxəssis yazıb. 10 milyon dozanın ixracına “önümüzdəki həftələrdə” icarə verilə bilər, daha 50 milyon doza hal-hazırda istehsal olunur və onların may-iyun aylarında alıcılara göndərilməsi planlaşdırılır.

Ağ Ev peyvəndin hansı ölkələrə göndəriləcəyini açıqlamayıb. “Əsasən tərəfdaş ölkələri nəzərdən keçirəcəyik”, – deyə Ağ Evin baş katibi Jen Psaki qeyd edib. O, ABŞ tənzimləyicisinin istehsal olunan preparatların keyfiyyətini yoxlamalı olduğunu da əlavə edib.

“AstraZeneca peyvəndinin ABŞ-da istifadəsi təsdiqlənmədiyini nəzərə alsaq, yaxın bir neçə ay ərzində bunun baş verməyəcəyini söyləyə bilərik”, – deyə Ağ Evin Covid-19 ilə bağlı məsələləri araşdıran Jeff Ziens bildirib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər