Birləşmiş Ştatlar Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkədəki diplomatlarını təhlükə altına qoyan hər bir kəsi məsuliyyətə cəlb etmək üçün müvafiq tədbilər görəcək.
Banker.az bildirir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.
“Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri dəstəkləyir və bizim missiyaya Venesuelada qalmağı təklif edən müvəqqəti prezident Xuan Quaido hökuməti ilə onları saxlayacaq”, – deyə Pompeo bildirib.
Onun sözlərinə görə, Vaşinqton sabiq prezident Maduronun ABŞ-la diplomatik əlaqələri kəsmək hüququnu tanımır.
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib və ABŞ diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.