13 C
Baku
Saturday, November 23, 2024

ABŞ dolları əsas rəqibləri qarşısında dəyər itirir

ABŞ dolları dünənki inflyasiya göstəricilərinin gözləniləndən daha çox olmaması xəbəri ardından bir neçə rəqib valyuta və eləcə də qızıl qaşırında dəyər itirib.

Banker.az xəbər verir ki, ABŞ valyutasının əsas rəqibi sayılan avro dollara qarşı 0.28% möhkəmlənməklə 2021-ci ilin 10 noyabrından bu tərəfə maksimumlara yüksəldi. EUR/USD cütlüyü üçün bu gün ticarət sessiyasında 1.1479 səviyyəsinə qədər irəliləyiş müşahidə edildi. GBP/USD cütlüyündə 0.26% artımla 1.3735 səviyyəsinə qalxdı.

USD/JPY (yapon yeni) cütlüyü isə 114.47 səviyyəsinə geriləməklə ticarət sessiyasında 0.14% eniş yaşanıb. USD/CHF cütlüyündə 0.15% enişlə 0.9125 səviyyəsinə, neftin qiyməti ilə korrelyasiya təşkil edən USD/CAD məzənnəsi 0.18% artımla 1.2482 səviyyəsinə,            USD/SEK cütlüyü isə 0.28% enişlə 8.9166 səviyyəsinə qədər eniş etdi.

Beləliklə, ABŞ dolları 6 əsas valyuta qarşısında ölçülən indeksi 94.748 bəndə qədər erilədi. Bu da 0.153 bənd, yaxud 0.16% enişdir.

Qeyd edək ki, ABŞ-da inflyasiya 1982-ci ildən bu tərəfə ilk dəfə orta illik olaraq 7% təşkil etdi. Aylıq isə bu 0.5% təşkil etmişdir. Bu göstərici ABŞ mərkəzi bankı olan Federal Ehtiyatlar Sisteminin faiz artımına gedə biləcəyi fikrini yaradıb.

Lakin digər tərəfdən Avropada infeksiyaların sayında da artımın müşahidə edilməsi və karantin tədbirlərin gücləndirilməsi də investorların diqqət mərkəzindədir. Gələcəkdə, avronun məzənnəsində mənfi dinamika mümkün görünür.

 

Son xəbərlər
Digər xəbərlər