13 C
Baku
Saturday, November 23, 2024

ABŞ dolları əsas valyutalara qarşı bahalaşmağa başladı: Yen son altı ilin minimumuda

Bazar ertəsi Yaponiya Mərkəzi  Bankının dövlət istiqrazlarının gəlirliliyinin əsas hədəfindən yuxarı qalxmasını dayandırmaq üçün müdaxilə etməsindən ardından yapon pulu təxminən 1.28% geriləyərək, son altı ilin ən aşağı səviyyəsinə enib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 11:10 radələrində Asiya birjalarında USD/JPY cütlüyünün məzənnəsi 123.62 səviyyəsini gördü.

Dünya mərkəzi banklarının inflyasiya xofu ilə faizləri artırdığı halda, Yaponiya Mərkəzi Bankı yumşaq monetar siyasətindən əl çəkməyəcəyini bazara çatdırıb. Requlyatora görə, aşağı uçot faiz dərəcəsi Yaponiyanın iqtisadiyyatı üçün əlverişlidir və daha çox xeyri var. Hətta mümkün variant kimi faizləri endirməsi də göstərilib.

Yaponiya Statistika Bürosu martın 18-i açıqladı ki, ölkədə  fevral ayı üçün 0.7% inflyasiya qeydə alınıb.

ABŞ gəlirliliyinin artması dolları digər valyutalar qarşısında da yüksəldib. EUR/USD cütlüyü 0.27% enərək 1.0950 səviyyəsinə, USD/GBP cütlüyü 0.25% enişlə 1.3154 səviyyəsinə endiyi halda, USD/CAD cütlüyü 0.14% artımla 1.2489 səviyyəsinə, USD/CHF 0.48% artımla 0.9347 səviyyəsinə çatıb.

EUR/USD cütlüyünün növbəti həftədə hətta 1.0800 səviyyəsinə qədər enəcəyi proqnoz edilir.

ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında müəyyən edilmiş indeksi 0.43% artımla 99.245 bəndə çatıb.

Kriptovalyuta bazarlarında bitkoin erkən ticarətdə 47 766 dollara qalxdıqdan sonra 46 900 dollar ətrafında idi ki, bu da yanvarın əvvəlindən bəri ən yüksək səviyyədir. Bitkoinin rallisini ABŞ dollarının bahalaşması zəiflədə bilər.

Son xəbərlər
Digər xəbərlər