ABŞ xəzinə istiqrazlarda gəlirlikdəki böyük bir artım sayəsində dollar cümə günü yüksələrkən, riskli valyutalar mərkəz bankın proqnozlarından daha qısa zamanda daralmaya getmək məcburiyyəti qorxuları ilə böyük zərbə aldı.
ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi 0.572 bənd, yəni 0.63% artımla 90.707 bəndə qədər (Bak.vaxt.: 15:30) irəliləyib. Bu fevralın 7-dən sonra ən yüksək artımdır.
EUR/USD valyuta cütlüyü 0.6813% azalma ilə 1.2101, GBP/USD cütlüyü 0.7343% azalma ilə 1.3910, USD/CAD cütlüyü 0.4365% artımla 1.2657, USD/JPY cütlüyü 0.1553% artımla 106.405, AUD/USD cütlüyü isə 1.65 azalma ilə 0.7742 səviyyəsinə düşüb. Bir sözlə, dollar əksər valyutalar qarşısında möhkəmlənməli olub.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliyi dünən 1.614%-ə yüksəldikdən sonra 1.494%-ə qədər geriləyib. Ancaq yenə də 2016-cı ildən bəri böyük 40 faiz baza bəndi artmış vəziyyətdədir.
FED sədri Cerom Pauellin tənzimləyicinin monetar siyasətini dəyişdirmək niyyətində olmadığını söyləməsindən sonra ötən gün “Dow Jones” fond indeksi rekord həddə çatmışdı.
FED rəhbəri büdcə kəsirinin artması və ya dövlət istiqrazlarının gəlirliliyinin artması barədə narahat olmağın hələ tez olduğunu söyləyib. O bildirib ki, indi bu məsələlərə üstünlük verməyin zamanı deyil.
ABŞ Ticarət Nazirliyi 2020-ci ilin oktyabr -dekabr ayları ərzində ümumi daxili məhsul (ÜDM) məlumatlarına dair ikinci məlumatlarını açıqlayıb. Belə ki, ÜDM keçən ilin dördüncü rübündə 4.1% artıbmış.
Göstərilən dövrdə ÜDM məlumatları yuxarıya doğru düzəldildiyi halda, proqnozlar iqtisadiyyatın 4.2%-lik artım istiqamətində idi. Yəni, 0.1 faiz bəndi aşağıdır.
ABŞ İqtisadiyyat Nazirliyi daha əvvəl 2020-ci ili İkinci Dünya Müharibəsindən bəri iqtisadiyyat üçün ən pis il adlandırmışdı. FED rəhbəri qeyd edib ki, əmək bazarının pandemiyadan əvvəlki səviyyəyə çatması üçün bir neçə il vaxt lazımdır.
“Nordea” bankının analitikləri 2021-ci ildə dolların zəifləməsi əvəzinə, güclənəcəyinə ehtimal edirlər. EUR/USD valyuta cütlüyü 1.16 səviyyəsində düşə bilər.