23 C
Baku
Sunday, September 29, 2024

ABŞ dolları daha da bahalaşdı – Qızıl və “qara qızıl” qiymət itirir

ABŞ-ın Federal Ehtiyatlar Sistemi cari ildən “yumşaq monetar siyasəti”ni azaldacağı ilə bağlı açıqlaması birjaları laxlatmağa başlayıb. Bu açıqlamadan sonra ABŞ valyutasının indeksi 94-ə çatmaq üzrə.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 16:26 radələrində ABŞ dolları 6 əsas valyuta səbətinə qarşısındakı indeksi 0.10% artımla 93.677 bənd olub. Bu da 2020-ci ilin oktyabr ayının 6-dan bu tərəfə ən yüksək həddir.

EUR/USD məzənnəsi 0.03% enişlə 1.1670, GBP/USD məzənnəsi 0.20% enişlə 1.3611, AUD/USD məzənnəsi 0.29% enişlə 0.7126 səviyyəsinə düşdüyü halda, USD/CAD məzənəsi 0.59% artımla 1.2902, USD/JPY məzənnəsi 109.71 səviyyəsinə qədər yüksəlib.

Bahalaşan dollar qızılın və eləcə də “qara qızıl” adlandırdığımız neftin qiymətini azaltmağda əsas təzyiq səbəbidir. Cümə axşamı Asiya sessiyasında qızılın qiyməti FED iclasının protokollarının dərc olunması səbəbindən dolların artımına görə Nyu York birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0.28% və ya 5.05 dollar 1779.4 dollara düşüb.

Neftin oktyabr fyuçersləri üzrə qiyməti artıq 65 dollara düşmüşdür ki, bu da may ayından bu tərəfə ən aşağı göstəricidir.

Əlavə olaraq bildirək ki, Amerikada sənaye istehsalı proqnozlaşdırılanın əksinə olaraq artıb.  mütəxəssislər sənaye istehsalın iyulda aylıq müqayisədə yalnız 0.5% ehtimal etdikləri halda, dinamika 0.9%-ə çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər