8 C
Baku
Sunday, November 17, 2024

ABŞ dolları dünyada bahalaşmaqdadır

Dünyada ehtiyat limanı sayılan ABŞ dolları Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda rəqib valyutalara qarşı bahalaşmağa başladı.

Banker.az xəbər verir ki, ABŞ dollarının altı əsas rəqib valyutaları qarşısında müəyyən edilən indeksi 99.422 bəndə qədər yüksəlmə yaşadı.

Bu da 2020-ci ilin mayından bu tərəfə ən yüksək göstəricidir.

ABŞ dollarının indeksi avro, yapon yeni, ingilis funt-sterlinqi, kanada dolları, isveç kronu və isveçrə frankı olan səbətlə müəyyən edilir.

EUR/USD cütlüyünün məzənnəsi 0.59% enişlə 1.0860, GBP/USD cütlüyü 0.84% enişlə 1.3114 səviyyəsinə düşdüyü halda, USD/JPY cütlüyü 0.60% artımla 115.44, USD/CAD cütlüyü 0.34% artımla 1.2773 səviyyəsinə, USD/CHF cütlüyü 1.14% artımla 0.9267 səviyyəsinə, USD/SEK cütlüyü isə 1.54% artımla 10.0150 səviyyəsinə qədər bahalaşma yaşadı.

Avro üçün son günlərdə gələn bəd xəbərlər Rusiyadan alınan qaza və neftə olan mümkün məhdudiyyətlərin olmasıdır. Bu Avrozonanın istehlak qiymətləri indeksinin artımı üçün əsas tətikləyici amildir. İttifaqın rus qazından asıllığı yüksəkdir. Bütün bunlara rəğmən inflyasiyanın 5%-i ötməsinə rəğmən Avropa Mərkəzi Bankı 0 faiz dərəcəsi (depozitlər üçün hətta mənfidir) olan parametirlərə toxunmaq barədə hansısa işarələr vermir ki, bu da vahid valyutanın ucuzlaşması üçün böyük təzyiqlər yaratmaqdadır.

Ehtiyat üçün etibarlı sayılan ABŞ dollarının bahalaşması ilə paralel bir sıra əmtəələrin – neftin, qızılın, misin, alüminiumun, palladium, buğda, təbii qaz və qarğıdalının qiymətlərində də bahalaşma müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər