ABŞ-da prezident seçkiləri öncəsi gərginlik artdıqca, dollar zəifləyir. İndiyə kimi investorlar seçkidə demokratların namizədi Hillary Clinton-un qalib gələcəyinə əmin idilər, çünki sorğular həmişə onun irəlidə olduğunu göstərirdi. Amma dünən, noyabrın 1-də keçirilmiş sorğu ilk dəfə olaraq respublikaçı namizədin—Donald Trump-ın önə keçdiyini göstərib.
Vəziyyət keçən həftə Clinton-un e-mail-lərinin Federal Tədqiqat Bürosu tərəfindən araşdırılması xəbəri çıxandan sonra dəyişib. Seçki nəticələrinin sual altında olması birjalara təsir edib, ABŞ-ın səhm indekslərinin dəyəri azalmağa başlayıb. Təşviş içində olan investorlar vəsaitlərini qızıla və başqa etibarlı şeylərə yatırdığından, ABŞ dollarının qiyməti son 3 həftədə ən aşağı həddə düşüb.