ABŞ dollarının indeksi altı əsas valyuta qarşısında daha da möhkəmlənərək son bir ilin maksimumuna yüksəlib.
Banker.az xəbər verir ki, ABŞ dollarının indeksi hazırda 94.29 bənd olmaqla 2020-ci ilin sentyabr ayının 21-dən bu tərəfə ən yüksək həddə keçib.
ABŞ-da aşağı faiz dərəcələri dövrü, ehtimal ki, gələcəkdə bir müddət davam edəcək, deyə ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen cari həftənin ikinci iş günündə Konqresdəki çıxışında bildirib. O qeyd edib ki, inflyasiyanın artmasının zəiflədiyini göstərən bəzi əlamətlər var.
Lakin günlük müqayisədə ABŞ dolları azca zəiflik müşahidə etdirməkdədədir. USD/JPY cütlüyü 0.09% azalaraq 111.85 səviyyəsində olub.
AUD/USD cütlüyü isə 0.42% artımla 0.7205 səviyyəsinə, GBP/USD cütlüyü isə 0.25% artımla 1.3455 səviyyəsinə çatıb.
Federal Ehtiyatlar Sisteminin FED rəhbəri Cerom Povel stimullaşdırıcı tədbirləri dayandırmağa başlamaq üçün demək olar ki, bütün meyarları yerinə yetirdiyini və inflyasiyanın zaman keçdikcə yavaşlamağa başlayacağına əmindir.