Güvənli liman maliyyə aləti sayılan ABŞ dollarının indeksi (USDX) 9 aylıq maksimum zirvə qət etdiksən sonra geriləyib 93 bənddən də aşağı enib.
Banker.az, Bakı vaxtı ilə 17:20 radələrinə dolların 6 əsas valyuta səbəti qarşısında olan indeksi 92.903 bənd təşkil edib. Bununla da son bir həftədə qazandığı zirvəni demək olar ki itirmiş olub.
Eləcə də oxu: Dollar indeksi nədir
Dolların indeksi son günlərdə qızıl və neftin qiymətinə əsas təsiredici amil kim 19 avqusta 93.605 bəndə yüksəldi. Bu da son 9 ayda ən maksimal göstərici idi.
Bahalaşmanın əsas səbəbkarı isə ötən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) yumşaq monetar siyasətini bu ildən azaltmağı müzakirə etməsi ilə bağlı idi.