3 C
Baku
Cümə, Dekabr 3, 2021

ABŞ dolları son ilin maksimumuna yüksəlir – FED faizləri qaldıra bilər

Ötən gün inflyasiya göstəricilərindəki yüksəliş birjalarda “hərarəti” yüksəldir. İnflyasiya göstəricilərinin yüksək olması ABŞ-da faiz dərəcəsinin gediləcəyi ehtimallarını yüksəldir ki, bu da həftənin cümə axşamına ABŞ dollarının indeksi son bir ilin maksimumuna yüksəldi.

Banker.az xəbər verir ki, ABŞ dolları, ingilis funt sterlinqi və avro qarşısında bahalaşmaqla 2021-ci ilin maksimumunu vurur, yapon yeni qarşısında isə son ayın ən kəskin bahalaşmasını yaşadı.

ABŞ dolları 6 əsas valyuta səbəti qarşısındakı indeksi Bakı vaxtı ilə 10:30 radələrinə 94.983 bəndə yüksəldi. Dolların indeksi sonuncu dəfə 95.00 bəndin üzərində olması 2020-ci ilin iyul aylarına təsadüf edir. Hansı ki, həmin dövrdə dollar pandemiya səbəbindən ABŞ valyutası ehtiyat üçün ən etibarlı liman sayılırdı, baxmayaraq ki, ABŞ lideri Tramp “bahalı dolların” əleyhinə idi.

ABŞ-da istehlak qiymətləri illik 6.2%-ə yüksəlməsi sonuncu dəfə 1990-cu ildə olmuşdu ki, bu da treyderlərin ABŞ-ın mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sisteminin inflyasiyaya cavab olaraq sərt monetar siyasətə getməsi ehtimalını artırır. Beləliklə, bu da birjalarda dolların yapon yeni və avroya qarşı daha kəskin bahalaşması üçün əsas yaradır.

Hazırkı saatlarda 1 avro $1.1465-ə qədər ucuzlaşması isə 2020-ci ilin iyulundan bu tərəfə ən aşağı səviyyə deməkdir. Lakin, Reutersə görə, EUR/USD cütlüyünün 1.12 səviyyəsinə düşməsini dəstəkləyəcək səbəb də o qədər də real deyil.

Bank analitikləri, bazarın hələ də FED-ə müəyyən dərəcədə inanırlar ki, onlar çox yüksək inflyasiyanın qeyri-müəyyən müddətə qalmasına imkan verməyəcəklər.

 

Son xəbərlər
Oxşar xəbərlər
X