ABŞ dolları 6 əsas rəqibləri qarşısındakı indeksi 2021-ci ilin aprelin 7-dən bu tərəfə ən yüksək zirvəyə yüksəlib. İnvestorlar FED-in gələcək siyasəti ilə bağlı ip ucları əldə etmək üçün həftənin cümə yayımlanacaq məşğulluq hesabatını gözləyirlər.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 15:00 radələrində dolların indeksi 92.438 bənd olmaqla iki ayın maksimumum göstəricisinə nail olub.
USD/JPY 0.1% artımla 11.18 səviyyəsinə düşərək 15 ayın minimumu yeniləyib. EUR/USD 0.1%itki ilə 1.1841 məzənnəsi ilə alınarkən, GBP/USD 0.1% enişlə 1.3811-ə düşüb. AUD/USD 0.2% ucuzlaşaraq 0.7482-ə düşməklə son altı ayın ən aşağı səviyyəsinə düşüb.
Həftənin çərşənbə günü ABŞ valyutası məşğulluq statistikalarının ardından möhkəmlənməyə başlayıb. Statistik göstəricilərə görə, ABŞ şirkətləri iyul ayı üzrə işəgötürməni gözləniləndən daha çox sürətləndirəcəklər. Bu da əmək bazarının güclü bir bərpa yaşadığının yeni göstəricisidir.
Göstəricilərə görə, ötən ay 692 min ilə gözləniləndan daha çox artım yaşanmışdı. Hazırda isə iş yerlərinin 600 min artımı gözlənilir.