8 C
Baku
Wednesday, December 25, 2024

ABŞ dolları yenaya qarşı 13 ayın minimumuna düşüb – qızıldan yeni rekord

ABŞ dolları Federal Ehtiyat Sistemi növbəti həftədəki uçot faiz dərəcəsinə dair iclasında 50 baza bəndlik faiz dərəcəsi endirə biləcəyi barədə medianın yenidən spekulyasiya yaratması fonunda Yapon yeninə qarşı 13 ayda ən aşağı səviyyəsinə düşdü.

Banker.az xəbər verir ki, cümə günü dollar 0.66% ucuzlaşma ardından bu gün daha 0.4%ətrafında ucuzlaşaraq 140 aşağı həddi test etdi. Keçən həftə ərzində dollar 1% dəyər itirib. Bu da 2023-cü ilin iyulundan bu tərəfə maksimumdur.

Analitiklər keçən cümə axşamı “Wall Street Journal” və “Financial Times” tərəfindən dərc olunan xəbərlərin 50 baza bəndlik endirimin hələ də mümkün olduğunu və keçmiş FED rəsmisinin böyük faiz endirimi təklif etməsinin bazar gözləntilərində dəyişiklik yaratdığını qeyd ediblər.

ABŞ faiz dərəcəsi fyuçers bazarında çərşənbə günü iki günlük iclasın sonunda FED tərəfindən 50 baza bəndlik endirimin ehtimalı 51%-ə qədər qiymətləndirilib, bu, cümə axşamının əvvəlində təxminən 15% idi. Fyuçers ticarətçiləri, həmçinin 2024-cü il üçün 117 baza bəndlik faiz endirimi qiymətləndiriblər, bu isə əvvəlki sessiyada 107 baza bənd idi.

ABŞ-Yaponiya pul siyasətindəki fərqlilik dolların yenə qarşı dəyərinin əsas amili olmağa davam edir.

“Westpac” strateqi Tim Riddell deyir ki, Yaponiya Bankının (BOJ) yüngül şəkildə sərtləşdiyi bir vaxtda, FED daha aqressiv şəkildə yumşalma siyasəti aparır.

Bu həftə BOJ-un iki günlük iclasından əvvəl açıqlanacaq bəzi vacib Yaponiya iqtisadi göstəriciləri ilə bağlı məlumatlar və siyasətlər arasındakı fərq dolların yenə qarşı zəifləməsinin davam edəcəyini göstərir, deyə Riddell əlavə edir.

“Jefferies” şirkətinin Nyu-Yorkda qlobal foreks rəhbəri Brad Beçtel deyib ki, media xəbərləri yeni inflyasiya məlumatlarının Fed tərəfindən 25 baza bəndlik endirim gözləntilərini gücləndirməsindən sonra bazara 50 baza bəndlik endirim ehtimalını geri qaytarıb.

“Beləliklə, əvvəllər 25 baza bənd axtaran mövqelərin bir qədər geri çəkildiyini görürsünüz.”

Bu arada avro isə ABŞ dollarına nisbətdə 0.3% artaraq $1.1170 səviyyəsinə yüksəlib.

Avropa Mərkəzi Bankı keçən həftənin cümə axşamı faiz dərəcələrini 25 baza bənd endirib, lakin ECB prezidenti Christine Lagarde gələn ay borc xərclərinin növbəti dəfə azaldılmasına dair gözləntiləri zəiflətdi. Avronun bahalaşması dollar indeksini 0.08% aşağı çəkərək 101.08 səviyyəsinə endirib. Hazırda DXY 0.24% enişlə 100.87 bəndə düşüb.

Qızıl bu gün 2586 $/unsiya səviyyəsinə qədər yüksələrək tarixi maksimum yenilədi.

Son xəbərlər
Digər xəbərlər