16 C
Baku
Wednesday, October 23, 2024

ABŞ dollarını İran və Qazaxıstanda “od götürdü”

İran və Qazaxıstan milli valyutaları ABŞ valyutası (USD) qarşısında ucuzlaşmaqda davam edir. İran KİV-nin məlumatına görə 1 USD hazırda bu ölkədə 146 min İran riala (IRR) qədər artıb.

Hazırda isə bu ölkədə USD/IRR cütlüyünün məzənnəsi 144 min dən 146,5 minə qədər dəyişir. Ötən gün İran bazarlarında bu qiymət 138 min səvəyyisində idi.

Milli valyutanın başının “qara duman” alması və təzyiqin bu qədər yüksək olmasına səbəb ilin əvvəlindən ABŞ və İran İR arasındakı münasibətlərin korlanmağa doğru start verməsi olub.

Cari ilin iyun ayında ölkədə 1 dollar 65 min rial edirdi. Avqustun başlanğıcında bir çox ölkələrdə olduğu kimi İran İslam Respublikasında da dollar bahalaşaraq 120 min rial olmuşdu

Azərbaycanın əsas ticarət tərəfdaşılarında biri olan Qazaxstanında milli valyutasının da “işləri” yaxşı getmir.  Dolların məzənnəsi bu gün Qazaxıstan fond birjalarında bahalaşaraq 369,63 təngə (KZT) olub.

Qeyd etməliyik ki, bu 24 saat ərzində 2,58 təngə bahalaşmanın olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər