6 C
Baku
Monday, December 16, 2024

ABŞ dollarının indeksi 100.1 bəndə düşüb

Treyderlərin ABŞ-dan gələcək məlumatları fonunda dollar ucuzlaşıb.

Banker.az-ın “İnvestisiya” bölməsi xəbər verir ki, bu məlumatlar Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin azaldılması gözləntilərinə təsir göstərə bilər.

İşsizlik müraciətləri və ABŞ-ın ikinci rüb üzrə ümumi daxili məhsulunun aylıq və illik dinamikası Bakı vaxtı ilə 16:30-da açıqlanacaq.

Genişmiqyaslı işdən çıxarılmalar hələ də gerçəkləşmədiyi vaxta işsizlik müraciətləri hələ də 235 min ətrafında qalmaqladır.

“Bu rəqəmlər müəyyən bir vaxtda artmalıdır və FED sədri Cerom Pauelin keçən cümə günü etdiyi çıxışda əmək bazarının zəifləməsi sürəti ilə bağlı bir qədər narahatlıq hiss olunurdu”- deyə, “ING” analitiki Kris Turner qeyd edir.

ABŞ dollarının altı əsas rəqib valyuta səbəti qarşısında ölçülən DXY indeksi 0.1% enərək 100.967 səviyyəsinə düşüb.

Ötən gün avro/dollar 0.6% düşməklə 1.1120 səviyyəsinə, sterlinq/dollar 0.5% düşməklə 1.3190 səviyyəsinə, dollar/yen isə 0.4% artımla 144.59 səviyyəsində qərarlaşmışdı.

Son xəbərlər
Digər xəbərlər