12 C
Baku
Cümə, Dekabr 3, 2021

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana çağırış edib

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü münasibətilə rəsmi Bakı və İrəvana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etmək üçün əlaqələrin intensivləşdirilməsinin zəruriliyinə işarə edib.

Bu barədə TASS xəbər verir.

“Biz Ermənistan və Azərbaycanı həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq”, – Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında deyilir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X